Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Azərbaycana gəlib ana dilində ilk dərsliyi nəşr edən molokan – Bakı küçələrinin adlarını daşıyanlar

Aleksey Osipoviç Çernyayevski

Bakı küçələrinin adlarını daşıyanlardan biri də görkəmli maarifçi, metodist, pedaqoq Aleksey Osipoviç Çernyayevskidir.

Baki-baku.az həmin şəxsiyyətin həyatına nəzər yetirir.

Alekseyin valideynləri ilə 1834-1835-ci illərdə Azərbaycana köçürülmüş ilk molokanlardan idilər. Onlar Şamaxı qəzasının Altıağaç ərazisinə yerləşdirilmişdilər.

A.O. Çernyayevskinin valideynləri Saratov vilayətindən idilər. 1840-cı ildə Mərəzə kəndinə köçən cütlüyün həmin il burada Aleksey adında övladı dünyaya gəlir. Aleksey ilk təhsilini Şamaxı qəza məktəbində alır. Bir neçə il təhsil aldıqdan sonra maddi çətinliklər səbəbindən məktəbi tərk etmək məcburiyyətində qalır.

Çernyayevski öz cəhdləri ilə Azərbaycan Türkçəsini mükəmməl şəkildə öyrənmiş, daha sonra 1857-ci ilin fevral ayının 1-dən Ağsu şəhərində poçt idarəsində poçtalyon kimi işləməyə başlamışdır. Bu zaman ərzində müəllimliyə böyük marağı varidi. Poçtalyon işlədiyi vaxtlarda ətraf kəndlərin uşaqları onun ətrafına toplaşır, onlarla ünsiyyət quraraq uşaqlara rus dili öyrədirdi.

60-cı illərdə Bakı qubernatoru Kolyubakinin təşəbbüsü ilə bir çox rus kəndində, eyni zamanda 1866-cı ildə Mərəzə kəndində ilk xalq məktəbi açılır. Çernyayevski yeni açılan məktəbdə təmənnasız şəkildə dərs deməyə başlayır. 1867-ci ildə Qafqaz Tədris Qəzasının popeçiteli Neverov Mərəzə kəndinə gələrək məktəbdəki işləri yaxından müşahidə etmiş, məktəbdəki tədris prosesini çox bəyənmiş və məktəbin fəaliyyəti barədə Qafqaz başhakiminə ətraflı məlumat vermişdir.

Çernyayevskinin uşaqlar üzərində təsirindən və məktəbdəki fəaliyyətindən xəbər tutan Zaqafqaziyanın təhsil müəssisələrinin rəhbərliyi 1867-ci ildə ona yeni açılan Şamaxı qəza məktəbinin boş qalan hazırlıq sinfi müəllimliyi vəzifəsini təklif etdi.

Həmin ildən Çernyayevski vəzifəsinin icrasına başladı.

1869-cu ildə 29 yaşında Çernyayevski fəaliyyətini Gürcüstanda da davam etdirir.

Çernyayevski, ilk dəfə Azərbaycan türkçəsində dərs kitabı yazır. Qori Müəllimlər Seminariyasının tərkibində Azərbaycan şöbəsi açılsa da, burada ibtidai məktəb açmaq mümkün olmur. Çernyayevskinin təşəbbüsü ilə Qafqazın hər yerindən iyirmi kəndli uşağı toplandı və bu uşaqlar məktəbin nəzdində açılan internat məktəbinə qəbul edildi. Bu dəfə isə Azərbaycan türkcəsində yazılmış əlifba kitabı olmadığından toplanmış uşaqlara Azərbaycan türkcəsini öyrətmək olduqca çətin idi.

Bu səbəbdən, Çernyayevski əlindəki dərs materiallarını inkişaf etdirərək bir dərs kitabı hazırladı və 1883-cü ildə “Vətən Dili” adı ilə çap etdirdi.

O, 1894-cü il dekabrın 14-də Tbilisidə dünyasını dəyişir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Человечество веками грезило о бессмертии, но последние научные открытия указывают на существование четких биологических границ жизни.

Ən son

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu

GÜNDƏM

Tıxac problemi artıq qlobal çağırışa çevrilib. London, Sinqapur, Stokholm və Paris kimi şəhərlər illərlə bu
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin