Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/02/2026

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib

Rusiya

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib.

Baki-baku.az xəbər verir ki, görüş əsnasında Rusiya tərəfi regionda mürəkkəb və gərgin şərait fonunda Rusiya vətəndaşlarının İran İslam Respublikasından təxliyəsində operativ köməyə görə Azərbaycan rəhbərliyinə səmimi təşəkkürünü bildirib.

Azərbaycan-Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.

Görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.
Söhbət əsnasında bir sıra humanitar məsələlər də müzakirə edilib.

Görüş Azərbaycan-Rusiya dövlətlərarası dialoquna xas olan ənənəvi dostluq və konstruktiv şəraitdə keçib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda və rayonlarda martın 3-də yağıntılı hava şəraiti gözlənilir.

Ən son

GÜNDƏM

O, həyata keçirilən əməkdaşlığa görə minnətdarlığını bildirib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin