Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/03/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan orbitə “Zəfər” peyki buraxıb

IMG-20251203-WA0016

Tarixdə ilk dəfə Azərbaycanın “Zəfər” məktəbli peyki orbitə çıxarılıb.

Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykinin orbitə buraxılışına həsr edilmiş media konfransda deyib.

Onun sözlərinə görə, peykin orbitə çıxarılma missiyasını “SpaceX” şirkətinin “Falcon 9” raketi həyata keçirib.

Xatırladaq ki, “PocketQube” tipli adıçəkilən piko-peyk standart olaraq ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.

“PocketQube” peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus “UniSat-5” platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən “WREN” (Almaniya), “T-LogoQube” (ABŞ) və “QBScout-1” (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ötən il Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 226 milyon 803,1 min nəfər olub.

Ən son

TARIXI ŞƏXSİYYƏTLƏR

Amma bəzən bu əlamətlər faciə haqqında özü gəlməzdən əvvəl xəbər verir. İnansaq da, inanmasaq da.

TARIXI ŞƏXSİYYƏTLƏR

Amma bəzən bu əlamətlər faciə haqqında özü gəlməzdən əvvəl xəbər verir. İnansaq da, inanmasaq da.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin