Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/29/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu

3-5 noyabr tarixlərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu keçiriləcək.

Baki-baku.az xəbər verir ki, forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində reallaşacaq.

Forumun məqsədi mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsidir. Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin daha sıx əməkdaşlığına nail olunması da forumun hədəfləri sırasındadır.

Forum çərçivəsində “Mədəniyyət elçiləri” rəqəmsal portalı və “Milli dilli” layihəsinin təqdimatı keçiriləcək.

Tədbir gedişində üç panel müzakirənin təşkili, eləcə də xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri və Azərbaycan evlərinin hesabat iclaslarının təşkili nəzərdə tutulur.

Həmin ərəfədə Antalyada keçirilən “Mədəniyyət Yolu” Festivalında Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı da planlaşdırılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər verdiyimiz kimi mart ayının 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları,

Ən son

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin