Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/27/2026

Paylaşın

GÜNDƏM

Azərbaycan bu il də “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq

"Yer saatı"

“Yer saatı” beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə martın 28-də kütləvi aksiya təşkil ediləcək.

Baki-baku.az xəbər verir ki, kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30-dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcəklər.

Qeyd edək ki, bu il dünyada “Yer saatı”nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEA-nın dəstəyi ilə ölkəmizdə keçirilir.

Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, “Yer saatı” milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi təşəbbüsü kimi başlanmış bu kampaniya dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi olaraq da bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) hər kəsi martın 28-də saat 20:30-da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa dəvət edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çarlz Kanninqem Boykot - istefaya çıxmış britaniyalı kapitan idi və bu gün onun həyat hekayəsini bilməyənlər belə adını

Ən son

GÜNDƏM

Bu gün səhər saatlarından etibarən Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların

GÜNDƏM

Bu gün səhər saatlarından etibarən Bakı şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin