“Azərbaycan Hava Yolları” QSC (AZAL) Yeni il ərəfəsində səyahətləri daha əlçatan etmək və sərnişinləri sevindirmək üçün xüsusi “Yeni il” kampaniyasını elan edir.
Baki-baku.az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, dekabrın 20-dən yanvarın 5-dək olan satış tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 25 %-dək endirimlə əldə edə biləcəklər. Təklif 2025-ci il yanvarın 10-dan aprelin 30-na kimi və sentyabrın 20-dən oktyabrın 26-dək həyata keçiriləcək reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinif tarifləri üçün keçərlidir, vergi və yığımlara şamil edilmir. Endirimli biletlərin sayı məhduddur.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, kodşerinq, çarter və ölkədaxili uçuşları, həmçinin bəzi istiqamətləri əhatə etmir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: bit.ly/azal-app