Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/03/2025

Paylaşın

İQTİSADİYYAT

AZAL sərnişin daşınmasını 7 % artırıb

AZAL, Təyyarə, Sərnişin, Azərbaycan Hava Yolları

Bu ilin I rübündə milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə 865 min sərnişin daşınıb.
Baki-baku.az AZAL-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
Yanvar-mart aylarında AZAL uçuşların 89 %-ni vaxtında yerinə yetirərək 48 istiqamət üzrə 3 718 reys həyata keçirib. 1 il əvvələ nisbətən punktuallıq göstəricisi üzrə 1 %, reyslərin sayı üzrə isə 4 % artım müşahidə olunub. Martda punktuallıq göstəricisi 93 %-ə çatıb.
Sərnişin axınında ən pik göstərici 12 min 350 nəfər olmaqla 12 yanvarda qeydə alınıb. Ötən il yanvarın 7-də qeydə alınan ən yüksək sərnişin axını isə 11 min 200 nəfər olub.
AZAL marşrut şəbəkəsini genişləndirmək, xidmət səviyyəsini təkmilləşdirmək, ən yüksək təhlükəsizlik və rahatlıq standartlarını təmin etmək istiqamətində fəaliyyətini davam etdirir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Modanın tarixi – insan mədəniyyətinin, zövqlərinin və gözəllik anlayışının inkişafını əks etdirən maraqlı bir yoldur.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin