Nəşr edilmişdir 04/23/2025

Paylaşın

GÜNDƏM

AZAL Qurban bayramına özəl uçuşların sayını artırır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Qurban bayramı münasibətilə artan sərnişin tələbatını nəzərə alaraq bir neçə məşhur istiqamətdə əlavə reyslər həyata keçirəcək.
Bu barədə Baki-baku.az “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir.
“Əlavə uçuşlar Bakıdan İstanbula, Antalyaya və Dubaya planlaşdırılıb”, – məlumatda deyilir.
Belə ki, AZAL Bakıdan İstanbula iyun ayının 5-i, 6-sı, 8-i, Antalyaya iyunun 6-dan 12-nə kimi hər gün, Dubaya isə iyunun 4-ü, 5-i, 8-i və 9-u tarixlərində əlavə reys yerinə yetirəcək. Sözügedən şəhərlərə uçuşların artırılması sərnişinlərə bayram günlərində daha rahat səyahət imkanı yaratmaq məqsədini daşıyır.
AZAL Qurban bayramı dönəmində səyahət etməyi planlaşdıran bütün sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 36

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, qonaq Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın