Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/14/2026

Paylaşın

GÜNDƏM

AZAL ötən il 4 milyondan çox sərnişin daşıyıb

AZAL

2025-ci ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) 4,16 milyon nəfər sərnişin daşıyıb.

Bu barədə Baki-baku.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisə 3 % çoxdur.

3,4 milyon sərnişin isə beynəlxalq istiqamətlərdə səfər ediblər. Bu, 2024-cü illə müqayisədə 3 % çoxdur.

AZAL-ın tranzit xidmətindən isə 974 min sərnişin istifadə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 30 %-lik artım deməkdir.

Məlumata əsasən, təkcə Bakı-Naxçıvan istiqamətində sərnişinlərin sayı 735 min nəfər təşkil edib. Sərnişin dövriyyəsində 2 %-lik artım qeydə alındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6 % artaraq 7 min 261 uçuşa çatıb.

Ötən il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.

Ən son

Mədəniyyət

Forum çərçivəsində baş tutan plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova

Mədəniyyət

Forum çərçivəsində baş tutan plenar iclasda Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin