31 may – Beynəlxalq Təyyarə Bələdçiləri Günündə “Azərbaycan Hava Yolları” (AZAL) olaraq Milli Qəhrəman Hökumə Əliyevanın xatirəsini dərin hörmət və ehtiramla yad edirik.
Baki-baku.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Məlumatda bildirilir ki, Hökumə Əliyeva aviasiyamızın simvoluna çevrilib, fədakarlığı və cəsarəti ilə yadda qalıb:
“Bir qadın səmanı dəyişdi və onun ardınca minlərlə qız öz gücünü kəşf etdi. Bu gün onun adı təkcə bir xatirə deyil, Azərbaycan səmasında uçmaq istəyən hər bir gənc qadın üçün bir yol işığıdır. Çünki o sübut etdi ki, cəsarət vicdanda və məsuliyyətdədir”.
“Hökumənin uçuşu heç vaxt bitmədi. Onun hekayəsi hər yeni təyyarə bələdçisi ilə, hava gəmisinin hər bir qalxış anı ilə davam edir. Çünki səma onun evi, irsi isə gələcək nəsillərin yol göstəricisidir”, – deyə məlumatda qeyd olunur.