Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/19/2025

Paylaşın

GÜNDƏM

“AzərEnerji” bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

IMG-20250319-WA0148

Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq “AzərEnerji” ASC gücləndirilmiş iş qrafikində çalışacaq.
Baki-baku.az quruma istinadən xəbər verir ki, bunun üçün əvvəlcədən qabaqlayıcı tədbirlər görülüb.
Belə ki, enerji sisteminin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək məqsədi ilə məsul şəxslərdən ibarət xüsusi növbətçilik təşkil edilib, eyni zamanda elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək gərginlikli ötürmə xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.
Regional və Birləşmiş Dispetçer Xidmətlərinin əməliyyat heyətlərinin işini, o cümlədən mühəndis-kommunikasiya, rabitə xətlərinin mühafizəsinin gücləndirilməsi təmin edilib.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Alman bəstələdi, isveçli yazdı, estonlar isə rəsmi etdilər…