Bu gün müstəqil Azərbaycanın tarixində ən yüksək fəxri adın təsis edildiyi gündür. “Azərbaycanın Milli Qəhrəmanı” yüksək fərqlənmə dərəcəsi 1992-ci ilin bu günündə rəsmiləşdirilib.
Baki-baku.az xatırladır ki, Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan “Azərbaycanın Milli Qəhrəmanı” adı “Azərbaycanın Milli Qəhrəmanı” adının müəyyən olunması haqqında” Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunub.
“Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilib.
Qeyd edək ki, “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
“Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
• Xüsusi fərqlənmə nişanı — səkkizguşəli “Qızıl Ulduz” medalı;
• “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Fərman.
• “Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
• Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
• “Qızıl Ulduz” medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
• “Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
Qeyd edək ki, Müstəqil Azərbaycanın ilk Milli Qəhrəmanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kapitanı Məhərrəm Seyidovla birlikdə 1992-ci il iyunun 6-da imzalanan fərmanla bu ada 12 nəfər layiq görülüb. Onları təqdim edirik:
1. Məhərrəm Seyidov
2. Əlif Hacıyev
3. Valeh Müslümov
4. Mehdi Abbasov
5. Albert Aqarunov
6. Mikayıl Cəbrayılov
7. Vüqar Hüseynov
8. Səfəralı Məmmədov
9. Nofəl Quliyev
10. Yuri Kovalyov
11. Yusif Əliyev
12. İlham Əliyev