Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/14/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş filmin çəkilişləri yekunlaşıb

Azərbaycanın ilk qadın gəmi kapitanı, Şövkət Səlimova, "Şövkət", Gəmi

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin çəkilişləri uğurla yekunlaşıb.
Baki-baku.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadla xəbər verir ki, ASCO-nun sifarişi ilə çəkilən filmin əsas məqsədi dənizçilik tariximizdə silinməz iz qoymuş xanımın həyat yolunu, həmçinin İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, eləcə də qadınların gəmiçilik sahəsindəki rolunu bədii dillə geniş tamaşaçı auditoriyasına çatdırmaqdır.
Film istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə də 100-dən artıq aktyor iştirak edib. Ekran işində Şövkət obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Həmçinin filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digər tanınmış simalar rol alıb.
Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri Səbinə Həsənovadır.
Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və digər real məkanlardan geniş istifadə olunub ki, bu da filmə yüksək realizm və autentiklik qatıb.
Hazırda filmin “post-prodakşn” işləri davam etdirilir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün – 13 avqust dünyada Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.