Nəşr edilmişdir 07/15/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda Vaqif Poeziya Günləri keçirilir

14 iyul 2025-ci il tarixində Qazaxda ölkənin ənənəvi ədəbi bayramlarından biri – “Vaqif Poeziya Günləri” başladı. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.

Baki-baku.az xəbər verir ki, poeziya bayramı bu il görkəmli xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyinə həsr olunmuş konfransla açıldı. Konfransda çıxış edən rəsmilər və ziyalılar Yusif Səmədoğlunun ədəbi irsindən danışaraq, onun Azərbaycan mədəniyyətindəki mühüm rolunu vurğuladılar.

Günün ikinci yarısında isə Qazaxın Mütəfəkkirlər Parkında Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidovun nitqi ilə tədbirin rəsmi açılışı keçirildi. Onlar, eyni zamanda, bu il Azərbaycanın müzəffər zəfərinin 5 illiyinin qeyd olunduğunu xatırladaraq, poeziya bayramının belə bir əlamətdar tarixlə üst-üstə düşməsinin xüsusi rəmzi məna daşıdığını vurğuladılar.

Açılış nitqlərindən sonra səhnədə Səməd Vurğunun “Vaqif” pyesi nümayiş olundu. Tamaşa izləyicilərə duyğusal anlar yaşatdı və poeziyanın bənzərsiz təsir gücünü bir daha sübut etdi.

Axşam saatlarında təşkil olunan bədii proqram və konsert isə poeziya bayramına rəngarənglik qataraq, iştirakçılar üçün unudulmaz bir günə çevrildi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində iyulun 16-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb

Ən son

GÜNDƏM

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub

GÜNDƏM

Bakıda XIX əsrə aid Zərgərpalan hamamı kimi tanınan tarixi abidənin konservasiya işlərindən sonra açılışı olub