Nəşr edilmişdir 04/22/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda turizm sahəsində fəaliyyət göstərənlərə hüquqi dəstək gücləndirilir

Turizm, Гостеприимство по правилам

DAİR Hotellər və Restoranlar Assosiasyası və Azərbaycan Mediasiya Şurası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Baki-baku.az Assosiasyasının mətbuat mərkəzinə istinadla xəbər verir ki, Memorandumu DAİR İdarə Heyətinin sədri Samir Dübəndi və Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov imzalayıblar. Tərəflər görüş zamanı birgə əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın hər iki qurumun gələcək fəaliyyətində perspektiv yaradacağına ümid etdiklərini qeyd ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hüquq sahəsində apardığı islahatları çərçivəsində imzaladığı 2019-cu il 29 mart tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu mediasiyanın rolunu artırıb. Qanunun 25-ci maddəsində göstərilir ki, “Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər”. Qanunun 27-ci maddəsində isə qeyd edilir ki əmək münasibətlərindən irəli gələn fərdi və kollektiv əmək mübahisələri mediasiya yolu ilə həll oluna bilərlər.
Qeyd etmək istərdik ki, Assosiasiyanın ekspertlərinin fikrincə müasir dövrdə turizm və qonaaqpərvərlik sənayesində hər hansı mülki, əmək və kommersiya münasibətlərində yaranan mübahisələrin tərəflər üçün ən faydalı həlli yolu mediativ üsullardan istifadə edilməsidir. Mediasiya dünyada geniş yayılmış hüquq institutudur və mübahisənin məhkəmədən kənar mediativ üsullardan istifadə edərək tərəflərin maraqlarını uzlaşdıraraq həll edilməsinə imkan yaradır. Assosiasiya turizm və qonaqpərvərlik sənayesində fəaliyyət göstərən müəsissələrə və fərdi sahibkarlara əmək, mülki və kommersiya münasibətlərinə aid olan müqavilələrində mübahisələrin həllinə aid maddələrdə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmələrini qeyd-şərt kimi göstərmələrini tövsiyə edir. Assosiasiya turizm və qonaqpərvərlik sənayesi oyunçularına hüquqi və digər peşəkar dəstək göstərir. Assosiasiya 2009-cu ildən fəaliyyət göstərərək turizm və qonaqpərvərlik sənayesində sivil bazar münasibətlərinin inkişafına xüsusi töhvə verir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xarı bülbül” instrumental ansamblının iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli Lider Heydər

Ən son

GÜNDƏM

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı

GÜNDƏM

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı