Nəşr edilmişdir 03/20/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda Novruz bayramı qeyd olunur

IMG-20250320-WA0057

Azərbaycanda bahar təravətli, bahar sevincli Novruz bayramı qeyd olunur.
Baki-baku.az bildirir ki, Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlanğıcını, yəni gecə-gündüzün bərabərliyi gününü (martın 20-si və ya 21-dən başlayaraq 25-nə qədər) qeyd etməklə, baharın gəlişini simvolizə edir.

Novruz sözünün mənası Yeni Gün, Bahar deməkdir. Qədim zamanlardan etibarən Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və digər şərq ölkələrində Novruz bayramı, yazın canlanması və təbiətin yenilənməsi münasibətilə böyük şənliklərlə qeyd olunub.
2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.
Novruz bayramının özünəməxsus gözəl və özü kimi qədim adət-ənənələri var. Onların çoxu Novruza qədər dörd çərşənbədə həyata keçirilir. Amma elə bayram günündə də məhəllələrdə tonqal qalanar, insanlar odun üstündən tullanaraq “ağırlığım odlara, mənlə yazda tullanmayan yadalara!” deyərlər. Onlar bununla ötən ilki uğursuzluq, xəstəlik, dilxorluq və s. kimi pis şeyləri bununla odda yanacağına, yeni ilə, yeni günə xoşbəxt, təmiz çıxacağına inanırlar.
Bu bayram həm də şirniyyatları ilə fərqlənir. Şəkərbura, paxlava, qoğal, İrəvan kətəsi kimi şirniyyatlar bişirilər, süfrədə xonçaya düzülər. Bayram axşamında ailə üzvlərindən hər birinin adına bir şam yandırılar.

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlara atırma, halay, bənövşə, cıdır-ənzəli, Kosa-kosa və bu kimi oyunlar aid edilir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Prezidenti İlham Əliyev sosial media hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

Ən son

GÜNDƏM

Bakıda hotelin fəaliyyəti dayandırılıb.Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, Dövlət Yanğın Nəzarəti

GÜNDƏM

Bakıda hotelin fəaliyyəti dayandırılıb.Bu barədə Baki-baku.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, Dövlət Yanğın Nəzarəti