Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Baki-baku.az xəbər verir ki, bu barədə Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.
Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək.
Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.
Dalğanın hündürlüyünün isə 2.0-3.0 m. sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) verilən məlumata görə isə, hava şəraiti ilə əlaqədar qurumun gəmilərinin fevralın 10-u günün birinci yarısından etibarən fəaliyyətlərini yenidən bərpa etmələri gözlənilir.