Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Baki-baku.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir).
Bu qərar ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul olunub, dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.