Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/25/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda əcnəbilərin əksəriyyəti Bakıdakı mehmanxaları seçir

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 % artaraq 1 milyon 970,7 min olub.
Baki-baku.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gecələmələrin ümumi sayının 62,6 %-i Bakının payına düşür. Gecəmələrin 6,4 %-i Qusarda, 4,9 %-i Naftalanda, 4,4 %-i Qəbələdə, 3,2 %-i Şabranda, 3 %-i Qubada, 2,6 %-i Lənkəranda, 1,4 %-i Şamaxıda, 1,1 %-i Naxçıvan Muxtar Respublikasında, 1,1 %-i Şuşada, 1 %-i Masallıda, 1 %-i Xaçmazda, 7,3 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 1 il əvvələ nisbətən 10,3 % artaraq 1 milyon 192,6 min olub. Bu da ümumi gecələmələrin 60,5 %-ni təşkil edir. Gecələmələrin 19,3 %-i Hindistan, 12,8 %-i Rusiya, 9,1 %-i Türkiyə, 6,7 %-i Səudiyyə Ərəbistanı, 5,3 %-i Birləşmiş Ərəb Əmirlikləri, 4,1 %-i İsrail, 3,3 %-i ABŞ, 2,8 %-i Çin, 2,8 %-i Pakistan, 2,7 %-i Qazaxıstan, 2,5 %-i Özbəkistan, 2,4 %-i Küveyt, 2 %-i Böyük Britaniya, 1,1 %-i Almaniya, 0,9 %-i İtaliya, 0,7 %-i Gürcüstan, 0,6 %-i Bəhreyn, 0,6 %-i İran, 20,3 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 80,8 %-i Bakıda, 7,2 %-i Qusarda, 4,1 %-i Naftalanda, 3,2 %-i Qəbələdə, 2,1 %-i Qubada, 0,5 %-i Şamaxıda, 2,1 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Son 1 ildə Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 0,9 % artaraq 778,1 min olub ki, bu da ümumi gecələmələrin 39,5 %-ni təşkil edib.

Loading

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Baki-baku.az bildirir ki, əfsanəyə görə, hər şey XIX əsrdə başlayıb