Nəşr edilmişdir 06/24/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevirdə İtaliyanın şirkətlər və “Made in Italy” nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev Mingəçevirdə, Made in Italy, Adolfo Urso, Mingəçevir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baki-baku.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlandı.
Prezident İlham Əliyev Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirdi, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə etdi.
Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi.
Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirdi. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxundu.
Dövlətimizin başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımıza Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğuladı və buna görə minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini dedi.
Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirildi, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin roluna toxunuldu.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirildi, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edildi. “Azərenerji” ilə “Ansaldo” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olundu.
Sonra xatirə şəkli çəkdirildi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Şamaxının adı – bir nəfəsdə min illik nağıl

Ən son

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

GÜNDƏM

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.