Nəşr edilmişdir 05/02/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan–Özbəkistan mədəniyyət körpüsü

IMG-20250502-WA0104

Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Özbəkistandan gələn geniştərkibli nümayəndə heyəti ilə görüş keçirib.

Baki-baku.az xəbər verir ki, görüşdə Özbəkistanın tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən Xalq artistləri və yazıçıları, milli teatr və muzeylərinin rəhbərləri iştirak ediblər.

Görüş zamanı iki qardaş xalq arasında mövcud olan tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Günay Əfəndiyeva Azərbaycan ilə Özbəkistanın strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlığının, xüsusilə mədəni sahədə də yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında dostluq və qardaşlıq münasibətlərinin qarşılıqlı iş birliyinə möhkəm təməl yaratdığını qeyd edib.

Azərbaycanın işğaldan azad olunmuş Qarabağ bölgəsində bir sıra layihələrin, o cümlədən Füzuli şəhərində Özbəkistan hökumətinin dəstəyi ilə Mirzə Uluqbəy adına orta məktəbin, Xankəndidə isə Azərbaycan-Özbəkistan birgə müəssisəsi kimi fəaliyyət göstərən tikiş fabrikinin fəaliyyətə başlaması qeyd edilib. Bu humanitar təşəbbüslər ölkələrimizin bir-birinə göstərdiyi qardaşlıq və mənəvi dəstəyin bariz nümunəsi kimi qiymətləndirilib.

Eyni zamanda, bu il Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin keçirilməsinə diqqət çəkilib. Bununla əlaqədar, Milli Məclisin Mədəniyyət komitəsinin Özbəkistanın Azərbaycandakı səfirliyi və Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində səhnələşdirilməsi xüsusi minnətdarlıqla vurğulanıb.

Müzakirələrdə Azərbaycan ilə Özbəkistan arasında mədəni inteqrasiyanın inkişafına töhfə verən müxtəlif tipli layihələrin, o cümlədən teatr tamaşaları, film və serialların qarşılıqlı nümayişinin vacibliyi qeyd edilib.

Görüş Azərbaycan-özbək xalqlarının mədəni və yaradıcı mübadiləsinin davam etdirilməsinə dair perspektivlərin dəyərləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, nümayəndə heyəti özbək yazıçısı Abdulla Qədirinin “Ötən Günlər” romanı əsasında hazırlanmış tamaşanın təqdimatında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Agentlikdən Baki-baku.az-a bildirilib ki, sözügedən küçənin uzunluğu 600 metr təşkil edir.

Ən son

GÜNDƏM

Müasir dövrün gərgin həyat tərzi, psixoloji təzyiqlər və artan stress amilləri bəzən insanın bədənində fərqli

GÜNDƏM

Müasir dövrün gərgin həyat tərzi, psixoloji təzyiqlər və artan stress amilləri bəzən insanın bədənində fərqli