Nəşr edilmişdir 03/18/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək – SƏRƏNCAM

72D0313D-6640-4CCE-9504-C35460ABE3AF

Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Baki-baku.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncamda qeyd olunur ki, 2025-ci ildə ölkənin ali elmi təşkilatının – Azərbaycan Milli Elmlər Akademiyasının təsis edilməsinin 80 ili tamam olur.

Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır. Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır. Bu gün də Akademiya elm sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində fəal iştirak edir, sosial-humanitar tədqiqatlarla cəmiyyətin yeni biliklərə yiyələnməsi və elmi-mədəni səviyyəsinin yüksəldilməsi işinə töhfələr verir.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Həsənriz kəndində buraya köçən

Ən son

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

GÜNDƏM

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.