Nəşr edilmişdir 04/12/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC turnirinə ev sahibliyi edəcək

IMG_0286

Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Baki-baku.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, UFC turnirinin Bakıda keçirilməsi Azərbaycanın regional liderlik mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımdır.

UFC prezidenti Dana Uayt isə Azərbaycanın və xüsusilə Bakı şəhərinin qlobal idman tədbirlərinin keçirilməsində mövcud olan güclü təcrübəyə diqqət çəkib:

“Bu regionda bir çox görkəmli döyüşçümüz var. Buna görə də Bakı növbəti inkişaf mərhələsi üçün ən uyğun seçim oldu. Mən iyunun 21-də keçiriləcək debüt turnirini təqdim etməkdən şadam”.

UFC-nin vitse-prezidenti və “UFC Eurasia”nın baş direktoru Andrey Qromovski son 6 ildə Avrasiya regionunda ilk dəfə UFC turnirinin keçirilməsi ilə bağlı məmnunluğunu ifadə edərək deyib:

“Bir neçə ildir üzərində çalışdığımız bu tərəfdaşlıq, regionda inkişaf strategiyamızın əsas elementidir”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bu gün - 12 aprel Dünya Kosmonavtika Günü kimi qeyd olunur.

Ən son

GÜNDƏM

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib.

GÜNDƏM

Akademik Milli Dram Teatrında “Müfəttiş” tamaşasının premyerası keçirilib.