Nəşr edilmişdir 03/21/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yaranmasından 102 il ötür

F0E6CA6B-CF65-4E75-B51B-894ADB242856

Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yaranmasından 102 il ötür.
Baki-baku.az xəbər verir ki, ADMİU-nun əsası 1923-cü ildə qoyulub. Təməlinin Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış M.F.Axundov adına Bakı Teatr Məktəbindən götürüb.
O dövrdə Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılıb və 1968-ci ildən bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmağa başlayıb.
İlk tələbə qəbulu teatrşünaslıq, aktyor sənəti və rejissorluq ixtisasları üzrə aparılıb. 1954-cü ildə instituta xalq artisti Mirzəağa Əliyevin adı verilib. 1959-cu ildən burada “mədəni maarif”, 1963-cü ildə isə “dekorativ tətbiqi sənət” ixtisasları üzrə mütəxəssis hazırlığına başlanılıb. 1981–1991-ci illərdə burada rəngkarlıq, qrafika, heykəltaraşlıq, sənətşünaslıq ixtisasları, habelə teatr, kino, kulturologiya və bədii sənaye incəsənəti üzrə bir sıra yeni ixtisaslaşmalar açılıb. 1991-ci ildə İncəsənət İnstitutu Universitet statusu qazanıb.
1991-ci ildə universitetin Quba rayonunda filialı yaradılıb. Filial Azərbaycanın şimal bölgəsində yüksəkixtisaslı mədəniyyət işçilərinə olan ehtiyacı ödəyir. Filialın müasir tələblərə cavab verən maddi-texniki bazası var.
Bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti kimi fəaliyyət göstərən bu ali məktəbdə 5 fakültə, 21 kafedra mövcuddur, bakalavr pilləsində 21, magistratura pilləsində isə 20 ixtisas üzrə mütəxəssis hazırlanır.
1994-cü ildən universitetin nəzdində aspirantura, 1995-ci ildən isə stajorluq-assistentura fakültəsi fəaliyyət göstərir. Son illərdə universitetdə ixtisasartırma dekanlığı və baza kafedraları təşkil edilib. 1997-ci ildə xarici abituriyentlər üçün hazırlıq şöbəsi yaradılıb.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Çin astronomları FAST radioteleskopundan istifadə edərək neytral atomar hidrogenlə zənginyeni ultra-yığcam cırtdan qalaktika kəşf ediblər. Baki-baku.az bu barədə

Ən son

GÜNDƏM

“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq siyahısı təqdim

GÜNDƏM

“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq siyahısı təqdim