Nəşr edilmişdir 12/23/2024

Paylaşın

GÜNDƏM

Azərbaycanda yenilənmiş pul nişanı tədavülə buraxılıb

IMG-20241223-WA0057

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib.
Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankı məlumat yayıb.
Qeyd edilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı AMB tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.
Yenilənmiş 3 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.
Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.

Pul nişanı

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Xarı bülbül” instrumental ansamblının iştirakı ilə Bakı Gənclər Mərkəzində Ümummilli Lider Heydər

Ən son

GÜNDƏM

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı

GÜNDƏM

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı