Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/11/2025

Paylaşın

Uncategorized

Azərbaycanda yaradılan yeni teatr “Eynək” adlı ilk tamaşasını təqdim etdi

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində yeni yaradılmış “Eynək” İncəsənət Studiyası ilk tamaşasını teatrsevənlərə təqdim etdi.

Baki-baku.az xəbər verir ki, tədbirdə çıxış edən Əməkdar artist Elman Rəfiyev studiyanın məqsədləri barədə məlumat verərək, yaradıcı gənclərə göstərilən dəstəyə görə Azərbaycan Teatr Xadimləri İttifaqına təşəkkür edib. Daha sonra İttifaqın sədri, Xalq artisti, dövlət mükafatı Hacı İsmayılov studiyanın yaradıcı heyətini təbrik edərək onlara uğurlar arzulayıb.

Gecədə S.Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin quruluş verdiyi “Oyun” tamaşası təqdim olunub. Plastik və pantomim elementləri üzərində qurulan tamaşada rolları Nihad Aslanlı və Fəxri Səfərov ifa ediblər.

Məlumat üçün bildirək ki, “Eynək” İncəsənət Studiyasının təsisçisi və studiyanın aktyoru Fərid İsmayılovdur. Studiya 6 yaradıcı gənc tərəfindən yaradılıb. “Eynək” yalnız teatr sahəsində deyil, həmçinin kino istiqamətində də fəaliyyət göstərir və müxtəlif yaradıcı layihələr həyata keçirir.

Qeyd edək ki, studiyanın təqdim etdiyi bu iş İranın Zəncan şəhərində keçirilən Pantomima Festivalında mükafata layiq görülüb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin