Nəşr edilmişdir 01/30/2025

Paylaşın

GÜNDƏM

Azərbaycanda TÜRKSOY-un möhtəşəm layihəsi başlayıb

1738226851_90ffa919-eed0-454b-865f-e52815f76b63.jfif

Azərbaycan TÜRKSOY-un təşkilatçılığı ilə dünyada ilk dəfə həyata keçiriləcək bir layihəyə start verib. Söhbət türkdilli ölkələrin iştirakı ilə mürəkkəb quruluşlu bir filmin çəkilişlərindən gedir.
Baki-baku.az Modern.az-a istinadla xəbər verir ki, 6 türkdilli ölkənin – Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanın qatıldığı “Molla Nəsrəddin-çətin günlərimin dostu” adlı filmin çəkilişləri artıq başlayıb. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Vaqif Mustafayevdir.
Qırğızıstanda çəkilişlər həyata keçirilib. Növbəti çəkilişlər Türkiyədə, Qazaxıstanda və Özbəkistanda planlaşdırılır.
Rejissorun dediyinə görə, əslində, təşəbbüs Azərbaycandan irəli sürülüb.
Bu layihənin mahiyyətində türkdilli ölkələri ortaq mədəniyyətləri vasitəsi ilə bir araya gətirmək, yəni birlik ideyası dayanır.
“Bəs Azərbaycanda çəkilişlər nə vaxt olacaq” sualına Vaqif Mustafayev belə cavab verdi ki, “Azərbaycanfilm” kinostudiyanın böyük pavilyonu hal-hazırda məşğuldur, boşaldılmasını gözləyirlər:
“Yarım il əvvəl çəkilişlərə başlamışıq. Azərbaycandakı çəkilişlər aprel ayına planlaşdırılıb. Çünki həmin vaxta pavilyonun boşaldılacağı gözlənilir, hələlik ora arendaya götürülüb və dekorlar qurulub çəkiliş gedir. Biz xaricdən dekorçuları martın sonlarına dəvət etmişik, onlar dekorasiynı quracaqlar və apreldə filmin çəkilişlərini Azərbaycanda davam etdirəcəyik”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

Ən son

GÜNDƏM

2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin

GÜNDƏM

Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.

GÜNDƏM

Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2025−2030-cu illərdə 20 ədəd sərnişin qatarının alınması