Nəşr edilmişdir 11/17/2024

Paylaşın

ƏSAS XƏBƏRLƏR

Azərbaycanda Milli Dirçəliş Günüdür

Noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür.
Baki-baku.az xatırladır ki, Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunub.
Milli Dirçəliş Günü 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.


Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının mərkəzi sayılan Azadlıq (keçmiş Lenin) meydanında mitinqləri başladı. Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdıldı.


1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvada daha da qıcıq doğurdu və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə insan vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkisində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar.


1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarıldı.


1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.


Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addımı atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olundu.


Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsadtət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Azərbaycanda 2020-ci ildən etibarən Milli Dirçəliş Günü qürur və fəxrlq qeyd olunur.


Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə ağır və sarsıdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad edib.


Bu gün Azərbaycan Milli Dirçəliş Gününü suverenliyini və milli qürurunu bərpa edərək qeyd edir.

Loading

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 11-də Azərbaycana gələn futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba

Ən son

DİGƏR XƏBƏRLƏR

Regional istiləşmə həddini əvvəllər düşünüldüyündən daha tez görəcəyik.Baki-Baku.az bu barədə “Moskovski Komsomolets”ə istinadən xəbər verir.Məlumata

DİGƏR XƏBƏRLƏR

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio

DİGƏR XƏBƏRLƏR

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Baki-Baku.az bu barədə Milli Hidrometeorologiya Xidmətindən