Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/27/2024

Paylaşın

GÜNDƏM

Azərbaycan Vətən müharibəsi şəhidlərini bir dəqiqəlik sükutla yad etdi

LkTwQheutukvbHg5XU6NTeSvROliAHxSPHvYth71_1200

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı hərbçi isə itkin düşüb. Onların qəhrəmanlığı sayəsində bu gün xalqımız öz doğma yurdlarına qayıdır, işğaldan azad olunan ərazilərdə quruculuq işləri aparılır.

Prezident İlham Əliyev 2020-ci il dekabrın 2-də Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 27-də Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.

Vətən müharibəsi şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların qəhrəmanlıq salnaməsi gələcək nəsillərə örnək olacaq. Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun!

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının düşmən işğalından azad edilməsinin 108-ci ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib.

Ən son

GÜNDƏM

Paytaxtın Nəsimi rayonunda, 20 Yanvar küçəsində yerləşən Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin

GÜNDƏM

Paytaxtın Nəsimi rayonunda, 20 Yanvar küçəsində yerləşən Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin