Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/13/2025

Paylaşın

SİYASƏT

Azərbaycan və Somali həmkarlar ittifaqları arasında Anlaşma Memorandumu imzalanıb

Anlaşma Memorandumu, Somali, Azərbaycan, Həmkarlar İttifaqı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.

Baki-baku.az xəbər verir ki, Konfederasiya sədri Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb, imzalanan sənədlərin digər sahələrlə yanaşı, həmkarlar ittifaqlarının əlaqələrinə də müsbət təsir göstərəcəyini qeyd edib.

Görüşdə Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, Konfederasiya tərəfindən reallaşdırılan və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin qurulmasından məmnunluğunu ifadə edib. Somalili qonaq keçirilən görüşlərin, aparılan təcrübə mübadilələrinin gələcək fəaliyyətləri üçün faydalı olacağını diqqətə çatdırıb.

Görüşdə əməkdaşlıq istiqamətləri müzakirə edilib, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Somali Həmkarlar İttifaqları Konqresi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd işçilərin rifahı, əmək hüquqlarının qorunması və sosial ədalətin təmin edilməsi istiqamətində əlaqələrin inkişafını, qarşılıqlı təcrübə mübadiləsini, əmək və sosial sahədə birgə təşəbbüslərin reallaşmasını və s. məsələləri özündə ehtiva edir.

Sonra Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli “Kurort” Turizm İnformasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, ittifaq üzvləri yollayışı asan prosedurlarla və mərkəzləşdirilmiş qaydada “Kurort” Turizm İnformasiya Mərkəzindən əldə edirlər. Bu isə əlçatanlıq, şəffaflıq və növbəlik prinsipinə əsaslanmaqla həyata keçirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC-də ötən il 8 milyon 192,2 min ton yük

Ən son

GÜNDƏM

Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi

GÜNDƏM

Novruz bayramı ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin