Hər il noyabrın 6-da Azərbaycanda Televiziya və Radio İşçilərinin Peşə Bayramı Günü qeyd olunur.
Baki-baku.az xəbər verir ki, bu gün ölkənin teleradio məkanının formalaşmasında, inkişafında və ictimai həyatın informasiya təminatında böyük rol oynamış jurnalistlərin, aparıcıların, operatorların, rejissorların və digər media peşəkarlarının əməyinə hörmət və ehtiram ifadə edir.
Azərbaycanda radionun tarixi XX əsrin 20-ci illərinə təsadüf edir. 1924-cü ildə Bakıda ilk radio qurğusu quraşdırılıb, 1926-cı il noyabrın 26-da isə ölkədə ilk radio verilişi efirə çıxıb. Həmin dövrdə radio gündəlik cəmi iki saat yayımlanırdı. Sonrakı illərdə efir vaxtı artırılıb və radionun əhatə dairəsi genişlənib.
Azərbaycanda televiziya yayımı isə 1956-cı il fevralın 14-də ilk televiziya verilişinin efirə çıxması ilə başlanıb. Televiziya və radionun inkişafı ölkənin ictimai-siyasi, mədəni və sosial həyatında mühüm rol oynayıb, Azərbaycan tamaşaçısını və dinləyicisini dünyada baş verən hadisələrlə yaxından tanış edib.
Müstəqillik dövründə Azərbaycanda dövlət və özəl teleradio şirkətləri fəaliyyət göstərməyə başlayıb, informasiya məkanında rəngarənglik yaranıb. Bu gün ölkədə İctimai Televiziya, Azərbaycan Televiziyası, Mədəniyyət Kanalı ilə yanaşı, “Space”, “Azad Azərbaycan”, “ARB”, “CBC”, “MTV” kimi özəl kanallarla da geniş auditoriyaya xidmət göstərir.
Bu peşə bayramı, həmçinin teleradio işçilərinin xalqla informasiya körpüsü rolunu qeyd edən, onların fədakar əməyinə dəyər verən bir gündür.