Nəşr edilmişdir 02/20/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Milli Assambleyası Respublika Şurasının sədrini qəbul edib

IMG-20250220-WA0134

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanı qəbul edib.

Baki-baku.az xəbər verir ki, Natalya Koçanova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Lukaşenkoya çatdırmağı xahiş etdi.

Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdiyi qeyd olundu. Keçən il Belarus Prezidentinin ölkəmizə dövlət səfəri məmnunluqla xatırlanaraq, onun münasibətlərimizin inkişafında rolu vurğulandı.

Ölkəmizə ilk dəfə səfər etdiyini deyən Natalya Koçanova Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Görüşdə ölkələrimizin parlamentləri arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olundu, Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının keçirilməsinin önəminə toxunuldu.

Qonaq dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

İkinci yazı Mahmud ağa Əhməd Sultan Ağa oğlu 1826-cı ildə “Türkmənçay”dan, “Gülüstan”dan iki il öncə dünyaya gəlmişdi. Azərbaycanı

Ən son

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,

GÜNDƏM

Bakıya qar yağdı, yola duz da tökdülər, qum da. Əziyyət çəkdilər. Yollar açıq idi axı,