Nəşr edilmişdir 04/27/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan Prezidenti CAR-ın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti, CAR, Cənubi Afrika Respublikası, Matamela Siril Ramafoza

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə bu ölkənin Prezidenti Matamela Siril Ramafozanı təbrik edib.

Baki-baku.az President.az-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

“Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Cənubi Afrika arasında dövlətlərarası əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə, uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Aprelin 28-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub.

Ən son

GÜNDƏM

Baki-baku.az Ujdavinisin çəkdiyi həmin fotoları sizə təqdim edir.

GÜNDƏM

Baki-baku.az Ujdavinisin çəkdiyi həmin fotoları sizə təqdim edir.