Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/13/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Azərbaycan futbol millisinin DÇ: 2026-nın seçmə mərhələsindəki rəqibləri bu gün bəlli olacaq

Azərbaycan millisi

Bu gün futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri bəlli olacaq.

Baki-baku.az Apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Azərbaycan yığması püşkatmada IV səbətdə yer alacaq.

I səbət: İspaniya, Almaniya, Portuqaliya, Fransa, İtaliya, Niderland, Danimarka, Xorvatiya, İngiltərə, Belçika, İsveçrə, Avstriya

II səbət: Türkiyə, Ukrayna, İsveç, Uels, Macarıstan, Serbiya, Polşa, Yunanıstan, Rumıniya, Slovakiya, Çexiya, Norveç

III səbət: Şotlandiya, Sloveniya, İrlandiya, Albaniya, Şimali Makedoniya, Gürcüstan, Finlandiya, Şimali İrlandiya, Monteneqro, Bosniya və Herseqovina, İsrail

IV səbət: Bolqarıstan, Lüksemburq, Kosovo, Belarus, Ermənistan, Qazaxıstan, Azərbaycan, Estoniya, Kipr, Farer adaları, Latviya, Litva

V səbət: Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn, San-Marino

Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək.

2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

İlk dəfə çempionata 48 komanda qatılacaq.

İndiyədək yarışda 32 ölkə iştirak edirdi.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycana yay fəsli (Yay günəş duruşu) iyunun 21-i saat 12:24-də daxil olub.

Ən son

GÜNDƏM

Azərbaycanda iyunun 23-də havanın 35 dərəcə isti olacağı gözlənilir.

GÜNDƏM

Azərbaycanda iyunun 23-də havanın 35 dərəcə isti olacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin