Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/16/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “CırtdaNino” adlı tamaşanın premyerası olub

CırtdaNino tamaşası

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “CırtdaNino” adlı tamaşanın premyerası olub.
Baki-baku.az xəbər verir ki, “Cırtdan” Azərbaycan Xalq nağılının motivləri əsasında yazıçı Pərvin Nurəliyevanın “CırtdaNino” adlı pyesinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, bəstəkar Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarov, rejissor assisenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.
Bir hissəli səhnə əsərində Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Nəsibə Eldarova, Elnur Bəhrəmxan, aktyorlar Anar Seyfullayev, Asya Atakişiyeva, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Mirzə ağa Mirzəyev, Aydan Həsənzadə, Ramil Məmmədov, İlhan Sadıqov, Anar Səfiyev, Aybəniz Heydərova, Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Ümman Budaqov, İmdad Tofiqoğlu iştirak edirlər.
Nağılda balaca tamaşaçılarımız Cırtdan və nağılın digər qəhrəmanlarından başqa yad planetlərdən gəlmiş Nino adlı robotla da tanış olurlar. Nino Cırtdanı və onun dostlarını Yer planetdən başqa planetlərə səyahətə apararaq alimlərin, oyuncarlar və sülhün var olduğu fərqli dünyalarla tanış edirlər. Vaxtilə Cırtdanın və dostlarının etdikləri yaramazlıqlar səyahətə çıxdıqları planetlərdə müxtəlif forma və hadisələrlə onların qarşısına çıxır. Məcəralarla dolu səhnə əsəri müasir quruluşla uşaqları yoldaşlığa dostluğa və əmin-amanlığa səsləyən mesajlarla zəngindir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı toyu sadəcə bir mərasim deyil, şəhərin yaddaşında yaşayan bir musiqi mədəniyyətidir. Lakin son onilliklərdə bu yaddaşın səsi

Ən son

TARİXİMİZ

Geniş müzakirələrdən sonra Parlaman Hökumətin proqramını qəbul etdiyini bildirir və onun yeni üzvlərinə etimad göstərir.

TARİXİMİZ

Geniş müzakirələrdən sonra Parlaman Hökumətin proqramını qəbul etdiyini bildirir və onun yeni üzvlərinə etimad göstərir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin