Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/15/2026

Paylaşın

GÜNDƏM

AYNA: Gənclər arasında mikromobillilik təşviq ediləcək

AYNA, Elmira Abbasova

Azərbaycanda gənclər arasında mikromobilliyin təşviqi məqsədilə yeni tədbirlər planı hazırlanır və yaxın aylarda ictimaiyyətə təqdim olunacaq.

Baki-baku.az Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) istinadən xəbər verir ki, bunu qurumda “Memarlıq həftəsi” çərçivəsində keçirilmiş “Şəhərsalma mühitində mikromobilliyin qurulması” mövzusunda infosessiyada Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Daxili kommunikasiya və tədbirlərin təşkili şöbəsinin müdiri Elmira Abasova bildirib.

O, mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində görülmüş işlər barədə tələbələrə ətraflı məlumat verib və bildirib ki, mikromobilliyin tətbiqi əhalinin mobilliyini artırmaq, şəhər mərkəzlərində nəqliyyat yükünü azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. Dünyanın bir çox şəhərlərində olduğu kimi paytaxt Bakıda da nəqliyyat sıxlığının aradan qaldırılması, velosiped və elektrik mühərrikli kiçik nəqliyyat vasitələri istifadəçilərinin, eləcə də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmini istiqamətində mühüm işlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

AYNA-nın əməkdaşı Nicat Kazımov çıxışında şəhər mühitində mikromobillik vasitələrinin düzgün istifadəsi, təhlükəsizlik qaydaları və bu sahədə beynəlxalq təcrübə barədə məlumat verib.

Daha sonra Bakı şəhərində mikromobilliyin təkmilləşdirilməsinə dair həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə tələbələrlə fikir mübadiləsi aparılıb, onların çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib.

Tədbirin sonunda universitet ərazisində tələbələr üçün skuter təlimi təşkil olunub, mikromobillik vasitələrinin təhlükəsiz idarə olunması qaydaları praktiki şəkildə nümayiş etdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhərsalma həftəsi çərçivəsində "Şəhərin səsi" tədbiri keçiriləcək.

Ən son

Mədəniyyət

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.

Mədəniyyət

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin