Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/28/2026

Paylaşın

HƏR ŞEYDƏN

Aylarla Günəşin batmadığı dünyanın işıqlı bölgələri

главная.jpg

Təsəvvür edin ki, səhər yuxudan oyanırsınız, işə gedirsiniz, evə qayıdırsınız, nahar edirsiniz və yatmağa hazırlaşırsınız — bütün bu müddət ərzində isə pəncərənin o tayında hava işıqlı qalır. Özü də söhbət bir neçə saatdan deyil, həftələrdən, hətta aylardan gedir. Planetin şimal bölgələrinin milyonlarla sakini üçün bu, fantastika deyil, adi həyatın bir hissəsidir.

Şimal qütbünə yaxınlaşdıqca insanlar üçün adi olan gecə-gündüz növbələşməsi daha fərqli xarakter alır. Yayda Günəşin üfüqün arxasına keçmədiyi dövr — qütb gündüzü başlayır. Qışda isə onu qütb gecəsi əvəz edir və Günəş uzun müddət üfüqdə görünmür.

Şimal qütbündə bu dövrlərin hər biri təxminən altı ay davam edir. Burada isə daimi yaşayan insanların sayı demək olar ki, yoxdur. Şimal şəhər və yaşayış məntəqələrində isə belə bir təbiət hadisəsi gündəlik həyatın bir hissəsinə çevrilir. Məsələn, Rusiyanın Murmansk şəhərində qütb gecəsi təxminən 40 gün davam edir. Norveçin Tromso şəhərində isə Günəş təxminən noyabrın sonundan yanvarın ortalarınadək üfüqdə görünmür. Şpitsbergendə bu dövr daha uzun sürür.

Bununla belə, qütb gecəsi bir neçə ay ərzində ətrafın eyni dərəcədə zülmət içində qalması demək deyil. Günün ortasında alatoranlıq yarana bilər, aydın havada isə qar zəif təbii işığı belə əks etdirir. Bundan başqa, küçələr, evlər, mağazalar və ictimai binalar süni işıqla işıqlandırılır.

Məhz işıqlandırma insanın bu şəraitə uyğunlaşmasının əsas vasitələrindən birinə çevrilir. İşıq orqanizmin sirkadiyalı ritmlərinə — yuxu və oyanıqlığı tənzimləyən daxili bioloji saatına təsir göstərir. Buna görə də qış aylarında şimal şəhərlərinin sakinləri gün ərzində kifayət qədər parlaq işıq almağa çalışır, yatarkən isə qalın pərdələrdən və digər qaranlıqlaşdırma vasitələrindən istifadə edirlər.

Yayda isə vəziyyət tamamilə fərqli olur. Günəş hətta gecə saatlarında da üfüqün üzərində qala bilər. İnsan gecə yarısı restorandan çıxır, lakin küçədə hələ də işıqlı səmanı görür. İlk vaxtlar bu vəziyyət hətta təcrübəli səyyah üçün də çaşdırıcı ola bilər. Sakinlər isə zaman keçdikcə bu qeyri-adi ritmə alışırlar.

Şimalda həyatın il ərzində necə dəyişməsi də xüsusilə maraqlıdır. Qışda küçələr erkən qaranlığa qərq olur və süni işıq şəhər mənzərəsinin ayrılmaz hissəsinə çevrilir. Yayda isə vəziyyət əksinə dəyişir: insanlar demək olar ki, sutkanın istənilən vaxtında gəzə, idmanla məşğul ola və açıq havada işləyə bilirlər.

Qısa yay fəsli təbiətə də təsir göstərir. Şimal enliklərində bitkilər qısa müddətli isti mövsümdən maksimum yararlanmaq üçün uzunmüddətli işıqlı gündən istifadə edir və çox sürətlə inkişaf edirlər. Uzun qışdan sonra təbiət sözün əsl mənasında bir neçə həftə ərzində canlanır.

İnsan isə yalnız işığa deyil, qaranlığa da uyğunlaşmalı olur. Uzunmüddətli qaranlıq və ya əksinə, gecənin olmaması yuxu və oyanıqlığın adi rejimini poza bilər. Buna görə də şimal bölgələrinin sakinləri üçün sabit gündəlik rejim, fiziki aktivlik və düzgün təşkil edilmiş işıqlandırma xüsusilə əhəmiyyətlidir.

Ən maraqlısı isə odur ki, həmin ərazilərdə həyat dayanmır. Uşaqlar məktəbə gedir, böyüklər işə yollanır, mağazalar, nəqliyyat və müəssisələr fəaliyyətini davam etdirir. Günəş həftələrlə üfüqün arxasında qala bilər, lakin insanların gündəlik həyatı adi qaydada davam edir.

Cənub enliklərində yaşayan insanlar üçün gecə və gündüzün növbələşməsi adi və təbii görünür. Uzaq şimalda isə təbiət sanki insana tamamilə fərqli bir təqvim təklif edir — burada adi “səhər – gündüz – axşam – gecə” anlayışlarının yerini aylarla davam edən işıq və qaranlıq dövrləri tutur. İnsan isə bu ritmlə mübarizə aparmaq əvəzinə, onunla birlikdə yaşamağı öyrənir.

Hacı Cavadov

Bənzər Xəbərlər

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında mübarizə aparan Azərbaycan milli komandasının üç üzvü Dünya

Ən son

GÜNDƏM

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən

GÜNDƏM

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin