Nəşr edilmişdir 11/22/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Ayın tədqiqində sensasiyalı kəşf

Rusiya-Çin alimləri qrupu Ayın cənub qütbündə yerləşən Şumeyker kraterinin daim kölgəli dibinin fotogeoloji təhlilini aparıblar. Araşdırmanın nəticələri kraterin dibində buz şəklində suyun mövcudluğuna işarə edir.

Baki-baku.az bu barədə Rusiya Elm və Ali Təhsil Nazirliyinin Mətbuat Xidmətiin paylaşdığı məlumata istinadən xəbər verir.

Məlumata görə, kölgəli dibdə görünən yenilik bəzi kraterlərin valının kəskin “pərli” xarici sonluğudur.

“Bu, ehtimal ki, hədəf materialında su buzunun mövcudluğu ilə əlaqədardır”, – deyə qurumdan bildirilib.

Krater Ayın cənub qütbü bölgəsində yerləşir. “ShadowCam” texnologiyası ABŞ-nin Arizona Ştat Universitetində hazırlanmış çox həssas kameradan istifadə edir.

“Təhlil göstərib ki, Şumeyker krateri dibinin morfologiyasında kraterlər üstünlük təşkil edir, daxili yamacların kölgəli aşağı hissələrinin səthi dalğalıdır. Yəni “fil dərisi” adlanan teksturdadır – bu da Ayda Günəşlə normal işıqlanan düzənliklər və yamaclar üçün xarakterikdir. Yeganə fərq Şumeykerin dibində qanadlı “pərli” (vallı) kraterlərin olmasıdır”, – deyə alimlər əlavə ediblər.

Qeyd olunur ki, şəkillərdə bu kraterlərin valının xarici sonluqlarının çox kəskin olduğu görünür.

“Bu xüsusiyyətlərinə görə onlar Marsın bir çox kraterlərinə bənzəyirlər ki, bu da hədəfdə əhəmiyyətli miqdarda su buzunun olması ilə əlaqələndirilir. Kraterdən çıxan və valı təşkil edən tullantıların hərəkəti zamanı buz əriyir və material suvaşqanlı olur”, – deyə tədqiqatçılar qeyd edirlər.

Qeyd edək ki, Şumeyker kraterində potensial su buzu yataqlarının aşkar edilməsi gələcək Ay missiyaları üçün böyük əhəmiyyət kəsb edir. Bundan əlavə, belə tapıntılar təbii peykimizin geoloji tarixi və təkamülünə işıq salır.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının qərarı ilə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin qəza

GÜNDƏM

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.Baki-Baku.az xəbər verir ki,

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri