Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/25/2025

Paylaşın

HƏR ŞEYDƏN

Ay paslanır – Alimlərdən maraqlı kəşf

Çin alimlərinin apardığı son tədqiqat Ayın səthində pas əmələ gəlməsinin sirrini açıb. Məlum olub ki, bu prosesin əsas səbəbi Yerdən kosmosa yayılan və “Yer küləyi” adlandırılan ion axınıdır.

Bakı-baku.az xəbər verir ki, Makao Elm və Texnologiya Universitetinin araşdırması nüfuzlu Geophysical Research Letters jurnalında dərc olunub.

Alimlər müəyyən ediblər ki, Yerdən Aya daşınan oksigen hissəcikləri Ayın mineralları ilə reaksiyaya girərək hematit – yəni pas əmələ gətirir. Bu proses xüsusilə bədirlənmiş Ay zamanı güclənir. Həmin vaxt Yer Günəşlə Ay arasında yerləşərək Günəşdən gələn yüklü hissəciklərin böyük hissəsini bloklayır. Nəticədə Ay Yer atmosferindən kosmosa çıxan ionların təsiri altına düşür.

“Yer küləyi”ndə hidrogen, oksigen və azot ionları mövcuddur. Onlar Ay torpağının səth qatına daxil olaraq kimyəvi reaksiyalar yaradır.

Xatırladaq ki, 2020-ci ildə Hindistanın “Chandrayaan-1” missiyası Ayın qütbləri yaxınlığında hematit aşkar etmişdi. Bu kəşf alimlərdə sual doğurmuşdu, çünki Ayın mühiti oksigenin mövcudluğuna imkan vermir. Son eksperimentlər isə bu sirri aydınlaşdırıb: Ay mineralları yüksək enerjili oksigenlə reaksiyaya girərək paslanır, hidrogenlə təmasda isə qismən yenidən dəmirə çevrilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” pyesi əsasında hazırlanan eyniadlı yeni tamaşanın

Ən son

GÜNDƏM

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin

GÜNDƏM

İntensiv yağışlar zamanı Bakı şəhərinin mərkəzində yaranan problemlərin aradan qaldırılması məqsədilə yeni yağış suları sistemlərinin
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin