Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/09/2025

Paylaşın

İdman

“Atletik”in əsas futbolçusu “Qarabağ”la oyunu buraxa bilər

İspaniyanın “Atletik” klubunun futbolçusu Niko Uilyams “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda iştirak etməyə bilər.
Baki-baku.az Bilbao təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı vinger İspaniya yığmasının düşərgəsində zədələnib.
Bolqarıstan (3:0) və Türkiyə (6:0) komandalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunlarından sonra onun əzələsində problem aşkarlanıb.
“Marca” nəşri oyunçunun təxminan 6 həftəyədək sıradan çıxa biləcəyini yazıb. Uilyamsın yaşıl meydanlara qayıtma müddəti onun sağalmasının gedişatından asılı olacaq.
Qeyd edək ki, “Qarabağ” bu “Atletik”lə oktyabrın 22-də İspaniyada üz-üzə gələcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin