Nəşr edilmişdir 10/01/2024

Paylaşın

XƏBƏRLƏR

Aşıq Ələsgərin heykəlini yonan rektor – O, daha kimlərə abidə hazırlayıb…

Bakıda görkəmli el sənətkarı Aşıq Ələsgərin heykəlinin açılışı olub. Açılışdan sonra heykəlin sosial şəbəkələrdə yayılan fotoşəkilləri xeyli müzakirələrə səbəb olub. Bir qrup şəxs Aşıq Ələsgərə bu cür heykəlin qoyulmasını, onun obrazının belə təsvir olunmasını, eyni zamanda sazı tutma tərzini tənqid edib. Heykəldəki elementlərin Aşıq Ələsgərə uyğun gəlmədiyini iddia edənlər də az deyil.

Məsələn, heykəli tənqid edənlərdən biri, əslən Qərbi Azərbaycandan olan tədqiqatçı alim Nazir Əhmədli deyib:

“Sazı o cür tutsan, çalmaq mümkün deyil. O, aşığın sinəsinə söykənməlidir ki, əl pərdələrdə gəzə bilsin”.

Bununla yanaşı, heykəli bəyənənlər, onun yaxşı bir sənət əsəri olduğunu söyləyənlər də kifayət qədərdir. Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:

“Aşıq Ələsgərin heykəli fərqlidir, dəyərli sənət əsəridir, çoxlu mesajlar və məna çalarları var. Abidə şablon olsaydı, bu qədər müzakirə yaratmazdı”.

Bəs Aşıq Ələsgərin heykəlini yonan heykəltəraş kimdir? Aşıq Ələsgərin abidəsini tanınmış heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı Natiq Əliyev hazırlayıb. 

Heykəltəraş Natiq Əliyevin özü isə tənqidlərə belə cavab verib:

Biz təkcə heykəl hazırlamırıq. Aşıq Ələsgər sadəcə toylarda saz ifa edən aşıq deyil, o, torpağından didərgin düşən bir sənətkardır, yurd-yuvasına qayıtmaq üçün hayqırır. Aşığın orada qəbri dağıdılıb, Bakıda sazı sinəsinə basıb, saz çalıb, mahnı oxumalı idi? Bir növ hayqırır ki, torpaqlarımıza qayıtmalıyıq. Bu fonda Aşıq Ələsgərin heykəli hayqıran obrazdır. Aşıq Ələsgərin bir şəkli var, orada sazı dizinin üzərinə qoyub çalır. Həmin foto əsasında heykəli hazırlasaydım, onda nə deyəcəkdilər?”. 

Natiq Əliyevin qısa biqorafiyasını təqdim edirik:

Natiq Kamal oğlu Əliyev 10 avqust 1958-ci ildə Bakı şəhərində anadan olub. 1974–1978-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxuyub, buranı “Fərqlənmə diplomu” ilə bitirib. Rusiyada V. Muxina adına Sankt Peterburq Ali Rəssamlıq Məktəbini (1978–1983) fərqlənmə diplomu ilə bitirib.

Professor Natiq Əliyev Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü (2008), Azərbaycan Respublikasının Xalq rəssamıdır (2005).

O, uzun müddət Azərbaycan Rəssamlıq Akademiyasında heykəltəraşlıq kafedrasının emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyıb. 

Natiq Əliyev Prezident İlham Əliyevin 15 fevral 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.

9 avqust 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.


Natiq Əliyev Aşıq Ələsgərin heykəlindən əvvəl də bir sıra tanınmış şəxslərin abidəsini hazırlayıb. Məsələn, Bəxtiyar Vahabzadənin Şəkidə qoyulan abidəsi (2010), Memar Zivərbəy Əhmədbəyovun abidəsi (Bakı, 2011), Xalq artisti Amaliya Pənahovanın qəbirüstü abidəsi (2019) Natiq Əliyev tərəfindən hazırlanıb.

Heyəltəraş Xocalı soyqırımına da bir neçə abidə yonub. Onun soyqırımını əks etdirən abidələri xarici şəhərlərdə – Sarayevo (2012), Mexiko (2012), Ankara (2013), Qızılca-hamam (2014, Türkiyə) ucaldılıb.

Professor Natiq Əliyev mərhum dövlət xadimi Heydər Əliyevin də bir neçə abidəsini hazırlayıb. Həmin abidələr Kiyev, Tbilisi və Belqradda yerləşir.

Natiq Əliyev 10-dan çox memorial lövhənin də müəllifidir.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Karikatura sənəti tarix boyunca insanları düşündürən və güldürən bir ifadə vasitəsi olmuşdur. Karikaturanın yaranması qədim dövrlərə, xüsusilə də

xəbərlər

Ən son

XƏBƏRLƏR

Avtomobil bazarında ən çox saxtalaşdırılan komponentlər müntəzəm texniki xidmət üçün istifadə olunan hissələrdir. Baki-baku.az bu

XƏBƏRLƏR

“Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasının işıqlanma sistemi tamamilə yenidən qurulub. Baki-baku.az AZƏRTAC-a istinadən bildirilir ki,

XƏBƏRLƏR

Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda