Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/30/2025

Paylaşın

GÜNDƏM

ASCO-nun “Qafur Məmmədov” gəmisi əsaslı təmir edilib

ASCO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzərdənkənar sularda istismar edilən “Qafur Məmmədov” quru yük gəmisi əsaslı təmir olunub.

Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, İstanbulun Tuzla bölgəsində yerləşən Torlak tərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin növbəti 5 illik istisamarı üçün zəruri olan bütün işlər yerinə yetirilib.

Proses çərçivəsində gəminin baş mühərrikləri əsaslı təmir edilib, iki ədəd köməkçi dizel generatoru isə qənaətcil və gəminin faktiki elektrik enerjisi tələbatı nəzərə alınaraq yenisi ilə əvəzlənib.

Bununla yanaşı, gəmidə mövcud olan digər maşın və mexanizmlərdə tələb olunan təmir işləri yerinə yetirilib. Boru sistemlərində borular dəyişdirilib, hərəkətverici vint-sükan qurğusu sökülərək, zavod şəraitində təmir edildikdən sonra yenidən gəmiyə quraşdırılıb. Bundan başqa, gəminin məişət fekal sistemləri və çənləri yenilənib. MARPOL konvensiyasının VI Əlavəsinə uyğun olaraq gəminin yanacaq sisteminə müvafiq dəyişikliklər edilib.

Heyətin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeməkxana və kayutlarda təmir işləri aparılıb, məişət sistemləri və divar panelləri yeniləri ilə əvəz olunub.

Eyni zamanda, quru yük gəmisinin sualtı hissəsində təmir işləri icra edilib, dəyişdirilməsi tələb olunan hissələr dəyişdirilib, gövdə hissəsi təmizlənib və boyanıb. Gəminin yük anbarlarında da metal dəyişdirilməsi, eləcə də təmizləmə və boyama işləri görülüb.

Qeyd edək ki, “Qafur Məmmədov” gəmisi 2017-ci ildən Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə qabiliyyəti 5 500 ton, uzunluğu 108, eni 16,5 metrdir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Türk Dil Qurumu tərəfindən ictimai iştirak yolu ilə 2025-ci ilin sözü (anlayışı) seçilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin