Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/23/2025

Paylaşın

GÜNDƏM

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür

Dünya kitab və müəlliflik hüququ

Aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür.
Baki-baku.az xatırladır ki, bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Dünya Kitab və Müəlliflik Hüququ Günündə UNESCO öz tərəfdaşlarını kitabların müasir çağırışları həll etmək, siyasi və iqtisadi reallıqları anlamaq, bərabərsizliklər və dezinformasiya ilə mübarizə aparmaq üçün bir qüvvə olduğu mesajını paylaşmağa çağırır.
Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb. Agentliyin qarşısında duran əsas vəzifələr müəllif və oxşar hüquqların qorunması və təmin edilməsi, rəqəmsal hüquqların idarə edilməsi, kontrafaksiya və piratçılığa qarşı mübarizə ilə yanaşı, sənaye mülkiyyəti obyektlərinin idarə edilməsi və bu idarəçiliyin zamanın tələblərinə uyğun təşkili, patent və əmtəə nişanlarına dair müraciət edən şəxslər üçün dürüstlüyün, açıqlığın və şəffaflığın təmin edilməsidir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Вторая мировая война оставила свой след не только в истории человечества, но и в истории кинематографа

Ən son

HƏR ŞEYDƏN

Tarix bəzən təəccüblü paradokslarla doludur: bizə tanış olan kibritlər, əslində, cəbhədə ilk olan alov mənbəyi

HƏR ŞEYDƏN

Tarix bəzən təəccüblü paradokslarla doludur: bizə tanış olan kibritlər, əslində, cəbhədə ilk olan alov mənbəyi