Aprelin 2-də Rəşid Behbudov adına Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Səid Rüstəmovun mahnılarından ibarət konsert proqramı baş tutacaq.
Konsert saat 19:00-da başlayacaq.

Aprelin 6-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda bəstəkar Cavanşir Quliyevin yubiley yaradıcılıq gecəsi keçiriləcək. Maestronun sevimli mahnıları və məşhur qonaqlar tamaşaçılara sehrli musiqi bayramı bəxş edəcək.
Konsert saat 16:30 və 20:00-da başlayacaq.

Aprelin 10-da Beynəlxalq Muğam Mərkəzinda Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin Konserti olacaq. Bədii rəhbər və baş dirijor, Prezident mükafatçısı Mustafa Aşurovdur.
Konsert saat 19:00-da başlayacaq.

Aprelin 16-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Ustadın əksi” adlı konsert olacaq. Konsertdə Üzeyir Hacıbəylinin öz əsərləri, həm də onun yaradıcılığından ilham alan Azərbaycan bəstəkarlarının musiqi inciləri təqdim olunacaq.
Konsert saat 19:00-da başlayacaq.

Aprelin 22-də Heydər Əliyev Sarayında “Özbəkistan estradasının divası”, “Özbəkistan Qiroliçası kraliçası” kimi tanınan, özbək estrada müğənnisi, bəstəkar, prodüser, Özbəkistan, Qazaxıstan və Tacikistanın Xalq artisti, Türkmənistanın Əməkdar artisti Yulduz Usmanovanın konserti olacaq.
Konsert saat 20:00-da başlayacaq.

Aprelin 25-i və 26-da Heydər Əliyev Sarayında Planet Parni iz Baku KVN Teatrının “5G – Gəl, gül, gör, gül, get!” adlı konserti baş tutacaq. Tamaşaçılar parlaq yumor, təsirli dialoqlar və hər kəsi qəhqəhə ilə güldürəcək satira ilə dolu bir gecə yaşayacaqlar.
Konsert 25-i saat 20:00-da, 26-sı isə saat 14:00 və 20:00-da başlayacaq.
