Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2025

Paylaşın

GÜNDƏM

Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı olub

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu çərçivəsində noyabrın 3-də Antalya Kitabxanasında Azərbaycan bölməsinin açılışı keçirilib.
Baki-baku.az bildirir ki, bölmə Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycanın Türkiyədəki Səfirliyi, Ankaradakı Azərbaycan Mədəniyyət Mərkəzi və Antalya Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə yaradılıb.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli, səfir Rəşad Məmmədov, Antalya valisinin müavini Ayhan Yazqan, Antalyanın Kepez rayonunun bələdiyyə sədri Mesut Kocagöz iştirak ediblər.
Kitabxananın direktoru Oğuzhan Ceylan yeni yaradılan Azərbaycan bölməsi haqqında məlumat verib. Deyib ki, Azərbaycan bölməsində ölkəmizlə bağlı 700 nüsxə müxtəlif nəşr nümunəsi var.
Digər çıxış edənlər kitabxanada Azərbaycan bölməsinin yaradılmasını yüksək qiymətləndirib, iki ölkənin mədəni əlaqələrinin inkişafına töhfə olduğunu bildiriblər.
Sonra bölmənin rəmzi açılışını bildirən lent kəsilib.
Daha sonra kitabxana ilə ümumi tanışlıq olub. Məlumat verilib ki, 24 saat fəaliyyət göstərən kitabxananın qeydiyyatlı 100 min oxucusu var və onlardan min nəfəri Azərbaycan vətəndaşlarıdır.
Qeyd edək ki, kitabxananın Azərbaycan bölməsində klassik və müasir ədəbiyyatımız, ölkəmizin tarixi, incəsənəti və folkloru, eləcə də şanlı Zəfərimizlə bağlı nəşrlər mövcuddur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər verdiyimiz kimi mart ayının 27-si səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları,

Ən son

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və

GÜNDƏM

Baki-baku.az-a sakinlər tərəfindən daxil olan şikayətə görə, kəndin bir çox ərazilərində böyük gölməçələr yaranıb və
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin