Orfoqrafiya (yun. ὀρθογραφία, ὀρθός – “düzgün” və γράφω – “yazıram”) yazıda nitqin qrammatik formalarının və sözlərin düzgün ifadə edilməsidir. Ana dilimiz bizim dil açandan danışdığımız dildir. Özümüzü ifadə etdiyimiz dildən doğru istifadə bizim nə dərəcədə savadlı olduğumuzun göstəricisdir. Çünki insan çox mütaliə etdikcə yazısı da səhvsiz fomalaşır. Deməli, düzgün yazı hansısa məqamda intellektdən xəbər verir.
Azərbaycan dili geneoloji bölgüyə əsasən türk dillərinə mənsubdur. Buna görə də, Azərbaycan türkcəsi olaraq adlandırılır. Ahəng qanunu, deyilişlə yazılışdakı fərqlər və alınma sözlər bəzən, hətta ən çox oxuyan insanı da çaşdıra bilər. Bundan əlavə, dilimizdəki daimi dəyişikliklər də nəzərə alınmalıdır. Lingvistlər tez-tez dilin dəyişdiyi haqqında bəyanatlar verirlər. Bu qarışıq və dəyişkən dil şəraitində çaşmaq və mexaniki səhvlər etmək təbiidir.
Baki-baku.az redaksiyası sizə ən çox səhv yazılan sözləri və onların düzgün yazılış qaydalarını təqdim edir. Aşağıdakı cədvəldə, solda ən çox səhv yazılan sözlər, sağda isə düzgün yazılışları göstərilmişdir:
