Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/28/2025

Paylaşın

TARİX

Alovlar şəhəri Bakının yanğından mühafizə xidmətinin tarixi

0001 (1)

Elə bir şəhər təsəvvür edin ki, abadlaşdırılması üçün nəzərdə tutulan layihələrin mürəkkəbi qurumağa macal tapmamış buradakı tikinti işləri sürətlə başa çatdırlır – öz neftinin sayəsində düzənlik ərazi daşdan tikilmiş megapolisə çevrilir. Şəhərin sərvəti ilə yanaşı havasında da daim təhlükə qoxusu dolanırdı. İstənilən qığılcım fəlakətə səbəb ola bilərdi. Elə o dövrdə küçələrdə həmin insanlar peyda oldular – hansıların ki, missiyası macəra filminin süjetini xatırladırdı: Bakını alovlardan xilas etmək.

Baki-baku.az yazır ki, Bakı sözün əsl mənasında daim alovla iç-içə yaşayıb. Burada yerin dərin qatlarında çıxan neft və təbii qaz sönməyən alovlar barədə əfsanələr yaradıb. Məlumdur ki, od varsa risk də var. Məhz bu səbəbdən XIX əsrin ikinci yarısında ilk dəfə olaraq ciddi şəkildə şəhərin yanğın təhlükəsizliyi haqqında düşünülməyə başlanıldı. Bakıda neft sənayesinin inkişaf etməyə başladığı dövrdə ard-arda yanğınlar baş verirdi.

Şəhərdə yanğından mühafizə xidmətinin yaradılması ideyasını daim gələcəyi qabaqlayan düşüncə sahibi Hacı Zeynalabdin Tağıyev irəli sürdü. 1884-cü ildə o, könüllü yanğınsöndürmə dəstəsinin təşkilini təklif etdi. Cəmi iki ildən sonra şəhər sakinləri ilk dəfə həyəcan zənginin səsini eşitdilər: 1886-cı il dekabrın 6-da ilk Yanğından Mühafizə Xidməti yaradıldı və həmin gün sonralar bayrama çevrildi.

İlk yanğınsöndürənlər briqadası şəhər sirkinin yaxınlığında yerləşirdi. Doqquz nəfər, on dörd at və… su dolu çəlləklər. Yanğın yerinə çatmaq üçün sürət və cəsarət lazım idi – dar küçələr, amansız alovlar işi çətinləşdirirdi.

Buna baxmayaraq, Bakı artıq həmin dövrdə ən yaxşı nəticə əldə etməyə can atırdı: İngiltərədən böyük vəsait hesabına buxarlı yanğınsöndürmə maşınları alındı, digər şəhərlərdən mütəxəssislər cəlb edildi, qabaqcıl ixtiralar tətbiq edilirdi.

Bakı insanların həyatının xilas edilməsi tarixində ən inqilabi ixtiralardan birinin vətəni oldu:

1902-ci il – bakılı fizik Aleksandr Loran kimyəvi köpüyün yanğınsöndürmə xüsusiyyətlərini kəşf etdi;

1904-cü il – “Evrika” markalı yanğınsöndürən istifadəyə verildi;

1907-ci il – dünyada standarta çevrilən köpüklü yanğınsöndürəni yaradıldı.

Bakıda ərsəyə gələn yanğınsöndürmə köpüyü ilə dünyanın bütün neft obyektlərində yanğın təhlükəsizliyinin yeni əsri başlayır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin elan olunmasından sonra Bakının Yanğından Mühafizə Xidməti ilk dəfə dövlət xidməti statusu alır.

Sovet hakimiyyəti dövründə yanğınsöndürmə işi strateji əhəmiyyət kəsb etdi:

• “Azneft” obyektlərinin mühafizəsi üçün ixtisaslaşdırılmış hissələr yaradılır;

• peno­mədənlər və avadanlıqların istehsalı qurulur;

• İkinci Dünya müharibəsi zamanı SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) Yanğından Mühafizə Mühəndisləri Fakültəsi Bakıya təxliyə edilir.

Fakültənin müdavimləri olan və xidmətə göndərilən mütəxəssislər təkcə Azərbaycanın deyil, bütün İttifaqın əsas neft sənayesi regionlarının təhlükəsizliyini təmin edirdilər.

Müstəqilliyin bərpasından sonra Azərbaycan güclü texnoloji sıçrayışa nail oldu: müasir texnika, möhkəm normativ baza, beynəlxalq standartlar və yeni tədris mərkəzləri yanğından mühafizəni yüksək təşkilatlanmış təhlükəsizlik sisteminə çevirdi.

Müasir dövrümüzdə Dövlət Yanğından Mühafizə Xidməti ölkəmizin bütün ərazisini, o cümlədən Bakı şəhərinin rayonlarını əhatə edir. Hazırda Bakıda təxminən 50-yə yaxın yanğınsöndürmə deposu davamlı olaraq fəaliyyət göstərir. Böyük sənaye obyektlərində, xüsusilə neft emalı zavodlarında xüsusi yanğınsöndürmə bölmələri mövcuddur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti kifayət qədər inkişaf edib, zəruri texnika, yanğından mühafizə vasitələri və avadanlıqlarla təmin olunub.

Yanğınla mübarizə arsenalına həmçinin təyyarələr və helikopterlər də əlavə edilib.

2004-cü ildə Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan yanğınsöndürənləri yüksək mürəkkəblikli ərazilərdə, xüsusilə neft emalı zavodlarında yanğınların söndürülməsində iştirak ediblər. Onların fədakar fəaliyyətinə görə Türkiyə və Azərbaycan prezidentləri tərəfindən xüsusi tərif və mükafatlarla təltif olunublar.

Yanğından Mühafizə Xidmətinin maddi-texniki bazasının təkmilləşdirilməsi çox vacib və zəruri bir işdir, lakin daha vacibi – savadlı və yüksək peşəkarlığa malik kadrların hazırlanmasıdır. 10 iyul 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Bakıda yanğından mühafizə xidmətinin tarixi – su ilə dolu taxta çəlləklərdən başlayan və dənizin ortasındakı buruqlarda alovu ram edə bilən ən mürəkkəb texnologiyalara qədər uzanan bir yoldur. Bu, hər gün alovun üzərinə gedən, bəzən bir dəqiqənin bütün bir məhəllənin taleyini həll edə biləcəyini anlayan insanların yoludur.

Bu gün, Bakıda ilk dəfə yanğın həyəcanı zənginin çalınmasından bir əsrdən çox vaxt keçsə də, insanların cəsarət nümayiş etdirmə ənənəsi davam edir. Azərbaycan güclü və müasir təhlükəsizlik sistemi yaradıb – ölkəmizin Yanğından Mühafizə Xidmətində gələcəyin texnologiyalarına bələd olan və istənilən an köməyə hazır olan peşəkarlar çalışırlar.

Azərbaycan Fövqəladə Hallar Nazirliyi – Bakıda ilk yanğından mühafizə xidmətinin varisi – həyatın, təbiətin və ölkənin sənaye mərkəzinin keşiyində dayanır.

Hacı Cavadov

Tərcüməçi-müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan rəssamlıq sənətinin qızıl səhifələrindən birini Qəzənfər Xalıqovun yaratdığı “Nizami Gəncəvinin portreti” təşkil edir.

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin