Nəşr edilmişdir 02/14/2025

Paylaşın

MEMARLIQ

“Alov qüllələri” – Bakının vizit kartı

Alov qüllələri

“Flame Towers” – “Alov qüllələri” Bakı şəhərinin ən hündür binasıdır. Binanın hündürlüyü 190 metrdir. Bu binanın tikilişi üçün 350 milyon ABŞ dolları xərclənib. Layihə 2012-ci ildə tamamlanıb. Bina müasir memarlıq möcüzəsinin nümunəsidir. Memarlıq dizaynı Bakı şəhərinin “Odlar Yurdu” adını daşıması ilə bağlıdır. Qüllələr alov formasında tikilib və qüllələrin şüşə fasadı LED işıqlandırma sistemi ilə təchiz edilib. “Alov qüllələri” 3 çoxmərtəbəli binadan ibarətdir. 1-ci qüllə 39, 2-ci qüllə 37, 3-cü qüllə isə 34 mərtəbəlidir. Bu binalarda yaşayış kompleksi, ofislər və ən sonuncu qüllədə isə “Fairmont Baku” hoteli yerləşir. Burada restoranlar, spa və premium xidmətlər təqdim olunur. Yaşayış kompleksindəki mənzillərdə, əsasən, modern və minimalist dizayn üstünlük təşkil edir. Biznes mərkəzi kimi istifadə olunan binada isə müxtəlif beynəlxalq şirkətlərin ofisləri yerləşir. Eyni zamanda burada işçilər üçün kafe və restoranlar da mövcuddur. “Fairmont Baku” hotelində isə lüks otaqlar, dünya mətbəxinə aid restoranlar, spa mərkəzi, fitnes zalı və sauna xidmətləri var. “Park Cinema Flame Towers” – buradakı kinoteatr ən prestijli və “IMAX” texnologiyasına malik ilk kinoteatrdır. Tamaşaçılar üçün geniş, yumşaq və rahat oturacaqlar nəzərdə tutulub. Bundan əlavə, VIP zonada əlavə komfortlu oturacaqlar və şəxsi xidmətlər mövcuddur.
“Alov qüllələri” qeyri-adiliyi, gözəlliyi və möhtəşəmliyi ilə Bakıya gələn xarici qonaqların diqqətini cəlb edir. Son illər o, hətta Bakının vizit kartına çevrilib. Bura gələn qonaqlardan biri rəyində belə deyib: “Azərbaycanın daha bir şah əsəri. Bu bina həm gündüz, həm də gecə çox möhtəşəmdir. Düşünürəm ki, gecə müxtəlif rənglər və işıq dizaynları ilə bəzədildikdə daha da gözəl görünür… Möhtəşəm! Azərbaycanda olarkən bu binanı mütləq görmək lazımdır. Binaların yerləşdiyi zirvəyə qalxmaq üçün pilləkənlər var və ya funikulyordan istifadə etmək mümkündür. Mən noyabr ayında ziyarət etdiyim zaman funikulyor işləmirdi, ona görə də zirvəyə taksi ilə qalxdım və geri enmək üçün pilləkənlərdən istifadə etdim. Bu, binaları daha yaxından görməyə imkan yaradır”. Bir çox ölkələri görmüş başqa bir turistin fikri isə belədir: “Əgər Burc Xəlifə və “Dubai Mall” işıq şousunu görmüsünüzsə, bu bina sizə bir qədər şişirdilmiş kimi gələ bilər. İşıqlar bulvar tərəfdən, uzaqdan daha yaxşı görünür, Dağüstü Parkdan saat 20:00-da o qədər də maraqlı olmur. İşıqlandırma vaxtı gün batımına görə dəyişir. Bizə deyildi ki, yalnız bir qüllə istifadə olunur, “Fairmont hotel”i isə boşdur”.
Başqa bir qonaq isə sadəcə bir sözlə binanı belə ifadə edib: “Sadəcə möhtəşəm”.
Gördüyünüz kimi, Bakıdakı bu qüllələr nəinki yerli xalqın, hətta turistlərin belə heyran qaldığı binadır.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycan ərazisində martın 25-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya

Ən son

GÜNDƏM

Martın 26-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

GÜNDƏM

Martın 26-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.