Almaniya sakini elektrik mühərriklərindən istifadə edərək uçuş üçün kostyumun ilk uğurlu sınaqlarını hazırlayıb və həyata keçirib.
Baki-baku.az bu barədə “Bild” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, Bavariyalı Konstantin Landuris üç ildir ki, havaya qalxmağa imkan verən səkkiz elektrik propelleri olan kostyum üzərində işləyir. Sınaq zamanı o, bir neçə saniyə ərzində yerdən təxminən bir metr yüksəkliyə qalxıb.
Landuris interyer dizaynı sahəsində işləyir və texnoloji inkişaflarda peşəkar şəkildə iştirak etmir.
O, uçuş kostyumu üzərində işləyərkən internetdəki təlimatlardan istifadə edib və həmçinin təyyarə modellərini öyrənib. İxtiraçı hesab edir ki, bu kostyumun yaradılması təcili yardım xidmətləri üçün faydalı ola bilər.
Baxış sayı: 0