Nəşr edilmişdir 12/12/2024

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Alimlər yaddaşın yaxşılaşdırılması sirrini açıblar

Yaddaşın yaxşılaşdırılması

“Sadə fiziki aktivlik yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər”.
Baki-baku.az xəbər verir ki, London Universitetinin Epidemiologiya və Səhiyyə İnstitutunun tədqiqatçıları Mikaela Blumberq və professor Endru Steptou bu gözlənilməz kəşfləri ilə bağlı açıqlama veriblər.
Onların sözlərinə görə, koqnitiv qabiliyyətlər artıq ilk fiziki məşqdən sonra yaxşılaşır və bunun üçün idman zalına getmək mütləq deyil.
“Bu, mülayim və ya intensiv aktivlik ola bilər. Ürək döyüntülərini sürətləndirən hər hansı fəaliyyət – sürətli gəzinti, rəqs və ya bir neçə mərtəbə pilləkən qalxmaq kifayət edir. Yəni mütləq strukturlaşdırılmış məşqlər etmək vacib deyil”, – deyə Blumberq bildirib.
Qeyd olunub ki, aparılan tədqiqatlar fiziki aktivlik sayəsində yaddaşı 24 saata qədər yaxşılaşdırmağın mümkün olduğunu göstərib.
“Bu, əvvəllər düşündüyümüzdən daha uzun bir müddətdir”, – deyə ekspert dəqiqləşdirib.
Tədqiqatın həmmüəllifi professor Steptou da bu araşdırmanın idmanın beyinə dərhal faydalı təsirini sübut etdiyini təsdiq edib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rusiyanın “Red Wings” aviaşirkəti Moskva yaxınlığındakı Jukovski hava limanından Bakıya birbaşa müntəzəm uçuşları bərpa edəcək.

Ən son

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı

GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı